ABŞ-da PKK/YPG təşkilatlarının terror aktlarına dair foto-sərgi açılacaq.
Teleqraf.com-a bu barədə sərginin təşkilatçısı Türk-Amerika Təhlükəsizlik Fondunun (TASFO) rəhbəri Fatih Özonur məlumat verib.
O, sərginin gələn həftə ABŞ-ın iri şəhərlərindən birində açılacağını bildirsə də, hələlik bu barədə konkret söz demək istəmədiyini deyib.
Fatih Özonur Ermənistanın ayrı-ayrı vaxtlarda Azərbaycanda həyata keçirdiyi terror aktları və işğalçılıq siyasətinə dair fotoların da sərgidə nümayiş olunacağını diqqətə çatdırıb.
TASFO rəhbəri sərgi haqda əlavə məlumatın veriləcəyini vurğulayıb.
Foto-sərgi gələn həftə baş tutacaq.