Avropa Parlamenti Avropa İttifaqına üzv olan ölkələri Rusiya ilə energetika sahəsində, o cümlədən “Cənub axını” qaz kəməri layihəsi ilə bağlı planlaşdırılan sazişləri ləğv etməyə çağırıb.
APA - nın “Ukrinform”a istinadən verdiyi xəbərə, bu barədə Avropa Parlamentinin “Ukraynada vəziyyət və Avropa İttifaqı-Rusiya münasibətlərində bu ölkənin rolu” adlı qətnaməsində bildirilir.
Avropa Parlamentinin üzvləri Avropa İttifaqı ölkələrini Rusiya ilə münasibətlərə yenidən baxmağa, strateji tərəfdaşlıq konsepsiyasından uzaqlaşaraq yeni vahid yanaşma sərgiləməyə çağırıb.