19 Noyabr 2019 15:32
786
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mən əminəm ki, Dağlıq Qarabağ münaqişəsi, digərləri kimi həll edilə bilməz”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı deputat Konstantin Zatulin deyib.

O, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimin beynəlxalq səviyyədə tanınmamasına diqqət çəkib:

“Qarabağ respublikası (“DQR”) heç kim tərəfindən tanımır, amma mövcuddur və yaşayır. Bəlkə də mənimlə razılaşmayacaqsınız, amma Qarabağ rəsmi olaraq Azərbaycana qaytarılsa belə, bu bölgəni tanımayacaq. Sovet İttifaqı dağılanda belə, Azərbaycanı keçmiş Azərbaycan SSR-in sərhədləri daxilində tanımaq çətinləşdi, çünki onsuz da 1991-ci ilə qədər üç il idi ki münaqişə var idi. Azərbaycan bundan sonra Dağlıq Qarabağ Muxtar Vilayətinə nəzarət etmədi. Buna görə də Qarabağın öz müqəddaratını təyin etmək hüququ tanınmalıdır”.

Zatulin Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana təhvil verilməsinin lazım olduğu fikrini də dilə gətirib:

“İki rayon Qarabağı Ermənistanla birləşdirdiyi üçün yeddi rayondan beşi haqqında danışırıq”.

Rusiya Dövlət Dumasında işğalçı Ermənistanın lobbi fəaliyyətini həyata keçirən Konstantin Zatulin dəfərlə Azərbaycan əleyhinə təxribatçı fikirlər səsləndirib. Bir neçə ay əvvəl Azərbaycanın işğal edilmiş bölgəsinə qanunsuz səfər edən deputat burada erməni separatçılarla görüşmüşdü.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər