20 Noyabr 2019 09:05
990
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da Yer kürəsi xaricində həyat axtarışları aparan “Paradiqma” Araşdırmalar Qrupunun (PRG) qurucusu Stefan Bassett yadplanetlərin tez-tez dünyadakı nüvə silahlarına müdaxilə etdiklərini bildirib.

Teleqraf.com xəbər verir ki, Bassett yadplanetlilərin sahib olduğu hərbi texnikaların nüvə silahlarından daha güclü olduğunu deyib.

“Star Online” qəzetinə danışan Bassett yadplanetlilərin Yerdə baş verən hadisələrə müdaxilə edə bildiyini vurğulayıb:

“Onların qarşısında nə qədər zəif olduğumuzu göstərmək üçün Yerdəki bütün nüvə silahlarına müdaxilə edə bilirlər. Müəyyən vaxtlarda bu silahları açıb-bağlayırlar”.

Bunun bir təhdid yox, mesaj olduğunu iddia edən Bassett yadplanetlilərin insanlar üçün zərərsiz olmasına da diqqət çəkib:

“Qəti şəkildə bizim üçün zərərsizdirlər. Bizə bununla “Niyə nüvə silahlarından imtina etmək istəmirsiniz?” demək istəyirlər. Yadplanetlilər nüvə silahlarını rədd edir”.

Buna oxşar bir açıqlama 2008-ci ildə ABŞ Hava Qüvvələrinin keçmiş leytenantı Bob Yakobsdan gəlmişdi. Yakobs 1967-ci ildə raketin sınaqdan keçirilməsi vaxtı sistemin başlığına UNO-dan işıq düşdüyünü demişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər