20 Noyabr 2019 10:20
482
12 Punto 14 Punto 16 Punto 18 Punto

Boliviyada minlərlə vətəndaş dövlət başçısı vəzifəsinə gətirilən parlament sədrinin müavini Janin Anyesin istefasını tələb edir.

Teleqraf.com xəbər verir ki, 20 fərqli bölgədən paytaxt La Paza gələn mitinqçilər küçələrdə hərəkətin dayanmasına səbəb olub.

Küçələrdə barrikada quran mitinqçilər Anyesi “irqçi və çevrilişçi” olmaqda ittiham edərək istefaya səsləyiblər.

Polisin mitinqə müdaxiləsi nəticəsində 2 nəfər həlak olub.


Müəllif: Cavad

Oxşar xəbərlər