“Ermənistanın Rusiyadan aldığı təbii qazın qiyməti 2020-ci ilin yazına qədər artmayacaq”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Paşinyanın sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinlə müzakirə zamanı tərəflər tarifin Ermənistan iqtisadiyyatına zərbə vurmaması haqda razılığa gəlib.
Rusiyanın Ermənistana satdığı təbii qazın qiymətinin gələn ilin yanvarın 1-də artacağı gözlənilirdi.