İsrail raket hücumlarına cavab olaraq İran və Suriyanın mövqelərinə zərbələr endirib.
Teleqraf.com xəbər verir ki, hücumlar zamanı iki mülki vətəndaş ölüb, bir neçə nəfər yaralanəb. Məlumatda eləcə də İsrail təyyarələrinin paytaxt Dəməşq üzərində atdığı raketlərin əksəriyyətinin hədəflərinə çatmadan Suriyanın havadan müdafiə sistemləri tərəfindən məhv edildiyi bildirilib.
Baş qərargahı Britaniyada yerləşən İnsan Haqları Müşahidə Qrupu hücumlar zamanı 7-si suriyalı olmamaqla, 11 nəfərin öldüyünü bildirib.
İsrail ordusunun məlumatına görə, çərşənbə axşamı Suriyadan İsrailə atılan dörd raketin İsrailin raketdən müdafiə sistemi tərəfindən vurulduğu deyilib.