“Qaçqınların yerləşdirilməsi üçün Türkiyəyə maliyyə yardımı ayırmağa hazırıq”.
Teleqraf.com xəbər verir ki, bunu Almaniya Kansleri Angela Merkel deyib.
Merkel Avropa İttifaqının sərhədlərinin qorunması çərçivəsində ittifaqla Türkiyə arasında imzalanmış müqavilənin şərtlərini yerinə yetirmək məsələsinin müzakirə olunduğunu bildirib.
2016-cı ildə Aİ arasında imzalanmış müqavilə əsasında qaçqınların yerləşdirilməsi üçün Türkiyəyə 6 milyard avro verilməli idi. Aİ-nin hesabatına görə, bu məbləğin 5.6 milyard avrosu Türkiyəyə verilib.