21 Noyabr 2019 10:37
1 384
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İsrail Silahlı Qüvvələrinin Suriyaya raket zərbələri bu ölkənin suverenliyinə və ərazi bütövlüyünə müdaxilədir, bölgədə gərginliyi artırmağa xidmət edir”.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda bildirilib.

XİN dünən İsrail ordusunun Suriyaya hava hücumunu pisləyib: “Son zamanlarda İsrailin Suriyaya yönəlik raket zərbələri kəskin şəkildə artıb. Bu gəlişmə Moskvada narahatlıq və İsrailə qarşı narazılıq yaradır”.

Dünən İsrail ordusunun Dəməşq yaxınlığındakı mövqelərinə hava zərbələri endirməsi haqda məlumat yayılıb. Olay zamanı iki nəfərin öldüyü bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər