21 Noyabr 2019 10:44
1 244
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsraildə Baş nazir Binyamin Netanyahudan sonra Mavi-Ağ Koalisiyasının lideri Benni Qantz da hökumət qura bilməyib.

Teleqraf.com xəbər verir ki, Qantz hökumətin qurulması üçün verilən müddətin bitməsindən sonra Prezident Reuven Rivlinə müraciət edərək koalisiya üçün lazım olan dəstəyi ala bilmədiyini açıqlayıb.

Bundan sonrakı mərhələdə İsrail prezidenti parlamentdən (Knesset) 21 gün ərzində hökuməti quracaq yeni namizəd seçməsini tələb edəcək. Parlament verilən vaxt ərzində namizəd müəyyən edə bilməsə, ölkədə erkən erkən parlament seçkiləri elan olunacaq.

Rivlin koalisiya hökuməti qurmaq vəzifəsini Qantzdan əvvəl Netanyahuya vermişdi. Lakin İsrail baş naziri 61 deputatın dəstəyini ala bilmədiyi üçün hökumət qura bilməmişdi.

Əlavə edək ki, sentyabrın 17-də İsraildə keçirilən parlament seçkilərində Qantzın koalisiyası 33, Netanyahunun Likud Partiyası isə 32 mandat yeri qazanmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu