23 Noyabr 2019 18:06
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Donald Trampın ABŞ-ın Kiyevdəki sabiq səfiri Maria Yavonoiçlə qarşıdurması davam edir.

Teleqraf.com xəbər verir ki, Tramp səfiri işlədiyi hər yerdə vəziyyəti pisləşdirdiyinə görə ittiham edib.

Prezident Maria Yavonoiçin Kiyevdə onun fotosunu səfirlikdə asmaq istəmədiyini bəyan edib: “Hamının mükəmməl saydığı səfir mənim fotomu səfirlikdən asmadı. Ora cavabdeh səfirdir”.

ABŞ mediası isə Donald Trampın diplomat haqqında belə söylədiyini iddia edib: “Barəmdə pis şeylər danışırdı, məni müdafiə etmirdi. Mənim səfirləri dəyişmək haqqım var. ABŞ prezidentinin fotosunun səfirlikdən asılması standart və qəbul edilən prinsipdir. Bu qadın heç də mələk deyil”.

Məlumat üçün qeyd edək ki, 30 ildən çox diplomat və səfir kimi xidmətlər keçən Maria Yavonoiç ötən həftə Konqresdə çıxış edib. Sabiq səfir Prezident Trampa sədaqətsiz olduğu iddialarının yalanlanlayıb, diplomat kimi həm respublikaçı, həm də demokratlaraın hakimiyyəti zamanı işlədiyini xatırladıb.


Müəllif: Cavad

Oxşar xəbərlər