Noyabrın 24-də İstanbulda son zamanlar ölkədə artan qadın cinayətlərinə etiraz olaraq yürüş keçirilib.
Teleqraf.com xəbər verir ki, yürüş iştirakçıları şəhərin Kadıköy rayonundan Beşiktaş bölgəsinə doğru hərəkət ediblər.
Təxminən 200 nəfərin qatıldığı aksiya zamanı öldürülən qadınların şəkilləri nümayiş etdirilib, etiraz şüarları səsləndirilib.
Qeyd edək ki, bu ilin əvvəlindən etibarən Türkiyədə 200-dən çox qadın qətlə yetirilib.