Əfqanıstanda bomba yüklənmiş avtomobilin partlaması nəticəsində azı 15 dinc sakin həyatını itirib.
Teleqraf.com xəbər verir ki, hadisə ölkənin şimalındakı Qunduz əyalətində baş verib.
Qeyd olunur ki, partlayış nəticəsində daha iki nəfər yaralanıb. Ölənlərdən 6-nın uşaq olduğu bildirilir.