29 Noyabr 2019 16:27
476
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 29-da Brüsseldə keçiriləcək Rusiya, Avropa İttifaqı və Ukrayna arasında təbii qazla bağlı üçtərəfli məsləhətləşmələr təxirə salınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “RİA Novosti” Avropa Komissiyasındakı mənbəyə istinadən məlumat yayıb.

Məsləhətləşmələrin təxirə salındığını TASS və ”İnterfaks”ın mənbələri də təsdiqləyib.

“Texniki danışıqlar gələn həftəyə qədər təxirə salınıb”, – deyə mənbə bildirib.

Bundan əvvəl noyabrın 28-də Vyanada Rusiya ilə Ukrayna arasında danışıqlar aparıldığı məlum olmuşdu. Energetika nazirləri Aleksandr Novak və Aleksey Orjelin də qatıldığı görüşdə tərəflər qaz məsələlərini müzakirə etmək üçün birgə işin gücləndirilməsi barədə razılığa gəliblər.


Müəllif: Səxavət

Oxşar xəbərlər