5 Dekabr 2019 16:24
2 098
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur aktrisası Naz Elmas 52 yaşlı iş adamı, sevgilisi Erol Özmandıracı ilə evlənir.

Teleqraf.com xəbər verir ki, cütlük dekabrın 15-də nikah masasına əyləşəcək.

Ötən il dəfilədə tanış olan cütlük “Esma Sultan Yalısı”nda münasibətlərini rəsmiləşdirəcək. İş adamı aktrisanı ilk görüşdən sevdiyini açıqlayıb.

Qeyd edək ki, Naz Elmas 2014-cü ildə Emre Kiramerlə evlənmişdi. Onun evliliyi altı ay davam etmişdi.


Müəllif: Rəqsanə Həsənova