19 Sentyabr 2014 23:03
1 074
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı (KSQT) Suriyanın yeni kimyəvi silah obyekti ilə bağlı şok bir iddia irəli sürüb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, KSQT-nin hesabatında Suriyanın vaxtilə ölümcül risin qazının istehsalı ilə əlaqədar bir proqrama sahib olduğu bildirilir.

KSQT-nin internet saytında dərc olunan hesabata görə, Suriya zəhərli risin qazının istehsal olunduğu mərkəzin də içində olduğu üç kimyəvi silah obyektinin mövcudluğu barədə iyul ayında təşkilata məlumat verib. Suriya rejimindən verilən açıqlamada qeyd olunur ki, Kimyəvi Silahlar Konvensiyasına keçən il qoşulmadan öncə risin qazı məhv edilib.

Xatırladaq ki, Suriya ötən il yüzlərlə vətəndaşın zəhərli qaz hücumu nəticəsində ölməsindən sonra ABŞ-ın hərbi müdaxilə təhdidinə qarşı Kimyəvi Silahlar Konvensiyasını imzalamışdı.


Müəllif:

Oxşar xəbərlər