Fransanın eks-prezidenti Nikola Sarkozi keçmiş partiyası Xalq Hərəkəti Birliyinin (UMP) sədrliyinə namizəd olduğunu açıqlayıb.
Teleqraf.com-un Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, bununla Sarkozi siyasətə qayıtdığını bildirib: “Siyasi partiyamın ümumi sədrliyinə namizədəm. Fransızlara yeni siyasi seçim təqdim etməyə qərar verdim, çünki Fransadakı vəziyyəti kənardan izləmək istəmirəm”.
Partiyasını 3 ay ərzində bütünlüklə yeniləmək istədiyini vurğulayan Sarkozi xalqın narahatlıqlarına son qoyan yeni yollar təqdim etmək məcburiyyətində olduqlarını deyib.
Sarkozi onu gözləyən çətinliklərin fərqində olduğunu və siyasi yeniləşmənin bütün çətinliklərə baxmayaraq vacibliyini qeyd edib.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.