20 Sentyabr 2014 10:29
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şotlandiyanın baş naziri Aleks Salmond həm baş nazir, həm də Şotlandiya Milli Partiyasının (SNP) liderliyi postundan istefa verəcəyini açıqlayıb.

Teleqraf.com Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, baş nazir bu açıqlamanı Şotlandiyadakı referendumdan Birləşmiş Krallıqda qalma qərarı çıxmasının ardından verib: “Lider kimi mənim zamanın dolub amma Şotlandiya üçün kampaniya davam edir və ümüd heç vaxt ölməyəcək".

Müstəqillik tərəfdarının kampaniyasından və göstərilən səylərdən qürur duyduğunu deyən Salmond rəhbərlik etdiyi partiyanın liderliyi üçün yeni xarakterli namizədlər olduğunu qeyd edib.

Salmondun partiyadan noyabrdakı konqressdən sonra ayrılması gözlənilir.

Xatırladaq ki, Şotlandiyada dünən keçirilən referendumun nəticələrinə görə, seçicilərinin 55 faizi müstəqilliyin əleyhinə səs verib.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər