21 Sentyabr 2014 15:09
902
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dünya İraq və Suriyada İŞİD-i məhv etmək üçün savaşan ABŞ və onun əsgərlərinə güvənir".

Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Barak Obama deyib.

Obama ABŞ-ın İŞİD-i əvvəlcə təsirsiz hala gətirməyə, sonra da məhv etmək üçün dost və müttəfiq ölkələrlə əməkdaşlığı davam etdirdiyini bildirib.

ABŞ lideri İŞİD-in ABŞ-a təhlükə törətmədiyini, ancaq İraq və Suriya xalqına dəstək üçün mübarizə apardıqlarını vurğulayıb.


Bütün bunların qarşılığında isə Obama ABŞ və müttəfiqlərinin İŞİD tərəfindən təhdidə məruz qaldığını qeyd edib:

"Nəzarət edilmədiyi təqdirdə ABŞ üçün də İŞİD təhlükəsi yaranacaq. Avqust ayında hücum əmri verdik və bu günə qədər 170 hava əməliyyatı reallaşdırdıq. Bu əməliyyatlarda Fransa da bizə qatıldı. Bu terrorçulara qarşı İraq və Suriyada hərəkətə keçmək üçün tərəddüd etməyəcəyik".


Müəllif:

Oxşar xəbərlər