1 Yanvar 2020 11:35
1 502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliya hökuməti ölkəni bürümüş meşə yanğınlarını nəzarətə ala bilmir.

Teleqraf.com xəbər verir ki, hər ötən gün yanğının dəhşətli nəticələri ortaya çıxır.

Cənub-şərq sahil xətti üzrə ən azı 200 ev kül olub, ölənlərin sayı durmadan artır.

Məlumata görə, ölkənin cənub-şərqi Viktoriya əyalətində azı 43, Sout Vales əyalətində isə 176 ev külə çevrilib. İndiyə qədər faciə səbəbindən azı 15 nəfər ölüb.

Güclü külək və ildırım yanğını daha da gücləndirir. Son məlumata görə, 4 milyon hektar yanıb.


Müəllif: Cavad

Oxşar xəbərlər