1 Yanvar 2020 16:39
1 716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pentaqonun əsas silah tədarükçüsü olan Lockheed Martini 134 ədəd F-35 Lightning II müştərək hərbi təyyarə (JSF) istehsal edərək ünvanlara çatdırıb. Beləcə 2019-cu il üçün hökumət və sənayenin qarşısına qoyduğu 131 ədəd F-35 hədəfinə çatılıb.

Teleqraf.com xəbər verir ki, şirkətin 2019-cu ildə 134 ədəd F-35 qırıcısı tədarük etməsi 2018-ci illə müqayisədə 47 faiz artım deməkdir.

Şirkət 2020-ci ildə 141 ədəd F-35 qırıcısını lazım olan ünvanlara çatdırmağı hədəfləyir.

Məlumata görə, Lockheed Martini 2019-cu ildə 134 ədəd F-35 qırıcısından 81 ədədini ABŞ-a, 30 ədədini proqramda iştirak edən ölkələrə, 23 ədədini isə xarici ölkələrə silah satan FMS-ə təqdim edib. 134-cü F-35 ABŞ Dəniz Piyadalarına təslim edilib.

Qeyd edək ki, hazırda dünyada ən son model qırıcı kimi qəbul edilən F-35-in qiyməti 77,9 milyon dollardır. 2018-ci ildə onun qiyməti 80 milyon olub.

Bu arada Rusiyada özünün son model SU-57 qırıcılarını gücləndirir. Rusiyanın United Aircraft Corporation (UAC) şirkətinin rəhbəri Yuri Slyusar bildirib ki, beşinci nəsil SU-57 qırıcıları yeni silah və daha güclü silahlarla modernzasiya ediləcək.

Rusiyanın beşinci nəsil SU-57 qırıcıları hər cür hava şəraitində hədəfi məhv etmək imkanına sahibdir.


Müəllif: Cavad

Oxşar xəbərlər