3 Yanvar 2020 15:55
1 827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nüfuzlu şiə siyasətçisi və dini lider Müktəda əs-Sədr tərəfdarlarını Bağdad yaxınlığında Amerika hücumları fonunda İraqı müdafiə etməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, onun bəyanatında deyilir:

“Mən İraq milli müqavimətinə məsul şəxs olaraq, bütün döyüşçülərə, o cümlədən “İmam Mehdinin Ordusu”na İraqı qorumağa tam hazır olmalarını əmr edirəm”.

Qeyd edək ki, ABŞ-ın endirdiyi raket zərbələri nəticəsində İranın ən mühüm generallarından olan Qasım Süleymani yanvarın 3-də həlak olub.


Müəllif: Səxavət

Oxşar xəbərlər