3 Yanvar 2020 14:22
1 424
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika vətəndaşları ölkədəki və bölgədəki gərginlik səbəbiylə İraq ərazisini dərhal tərk etməlidirlər.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın İraqdakı səfirliyinin yaydığı mesajda deyilir.

“İraqda və bölgədə gərginliyin artması səbəbiylə ABŞ səfirliyi ABŞ vətəndaşlarını İraqı dərhal tərk etməyə çağırır”, – deyə məlumatda qeyd olunur.

Qeyd edilir ki, amerikalılar İraqı mümkün olarsa təyyarə ilə, yaxud quru yolla tərk etməlidirlər.


Müəllif: Səxavət

Oxşar xəbərlər