4 Yanvar 2020 11:32
1 162
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çeçenistan Respublkasının başçısı Ramzan Kadırov Bağdadda İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymaninin öldürülməsinə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, R.Kadırov özünün Telegram-kanalında yazıb:

“ABŞ-ın hərəkətləri Yaxın Şərqdə ağlasığmaz nəticələrə gətirib çıxara bilər. Buna heç kim laqeyd qala bilməz”.

O qeyd edib ki, bir sıra siyasətçilər, o cümlədən BMT rəsmiləri Vaşinqtona hücumu qınayıblar.

“Xüsusi diqqət ABŞ-ın suveren dövlətin ərazisinə hücum etmə üsullarına yetirilir”, – deyə Çeçenistan başçısı əlavə edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər