NATO, yanvarın 6-da Brüsseldə Şimali Atlantika Şurasının İraqdakı vəziyyətlə əlaqədar təcili iclasının keçirilməsini təsdiqləyib.
Teleqraf.com-un məlumatına görə, yanvarın 6-da keçiriləcək iclasda “Əl-Qüds” dəstələrinin komandanı, İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsindən sonra İraqdakı vəziyyət müzakirə olunacaq.
Xatırladaq ki, NATO yanvarın 4-də təlimatçılarının təhlükəsizliyi ilə əlaqədar olaraq Bağdaddakı İraq hərbi qüvvələrini hazırlamaq missiyasını dayandırıb.