Rusiya lideri Vladimir Putinin ölkəsinə səfərin gedişatında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan onunla regional məsələləri müzakirə etmək niyyətindədir.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə lideri CNN “Turk” telekanalının efirində bildirib.
"Biz 8 yanvarda nəzərdə tutulmuş görüşümüzün gedişatında regional məsələləri və "Türk axını" (layihəsi) də daxil olmaqla, bir sıra məsələlərin geniş spektrini ətraflı müzakirə edəcəyik”, - Türkiyə prezidenti deyib.
Daha əvvəl Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin və Ərdoğan 2020-ci ilin yanvarın birinci ongünlüyündə görüşəcəklər və "Türk axını" qaz kəmərinin işə salınmasında iştirak edəcəklər. Türkiyənin Xarici İşlər Nazirliyi qeyd edib ki, bu mərasim yanvarın 8-də nəzərdə tutulub.