8 Yanvar 2020 09:05
2 136
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp İranın hücumlarından sonra ilk açıqlama verib.

Teleqraf.com-un məlumatına görə, Donald Tramp tvitter hesabında yazıb: "Hər şey yaxşıdır. İrandan İraqdakı hərbi bazalara iki raket atıldı. Zərərin dəyərləndirilməsi işləri görülür. Hazırda dünyanın ən güclü və ən təchiz edilmiş ordusuna sahibik. Sabah səhər (Çərşənbə gecəsi-red.) yeni bir açıqlama verəcəyəm".

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqdakı bazasına raket zərbələri endirib.

Zərbələr nəticəsində ABŞ Hərbi Hava Qüvvələrinin təyyarəsi İraqın Eyn-əl-Əsəd bazasında uçuş-enmə zolağında məhv edilib.

"Tasnim" agentliyi isə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun İraqdakı hərbi bazaya azı 35 zərbə endirdiyini yazıb.


Müəllif: Mahir

Oxşar xəbərlər