Yaxın Şərqdəki son hadisələr səbəbindən ABŞ-ın Ermənistandakı səfirliyi bu ölkə üçün bəzi viza xidmətlərini müvəqqəti olaraq dayandırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.
Qərar haqda Ermənistan vətəndaşlarına edilən xəbərdarlıqda, xidmətlərin hansı müddətə qədər dayandırılması haqda məlumat yoxdur.
Qərara ABŞ və İran arasında baş verən son gərginliyin səbəb olduğu bildirilib.