8 Yanvar 2020 15:46
1 103
12 Punto 14 Punto 16 Punto 18 Punto

Feysbuk sosial şəbəkəsində “Diana Harutyunyan” adlı hesab açaraq Ermənistan Baş nazir Nikol Paşinyan haqda məlumat yayan şəxsə ittiham irəli sürülüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, onun barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl “Diana Harutyunyan” səhifəsində Nikol Paşinyanın Qasım Süleymaninin sui-qəsdinə görə Vaşinqtonu təbrik etməsi haqda məlumat yayılıb. İddia İran və İraqın rəsmi dairələrinin etirazına səbəb olub.

Ermənistan hüquq-mühafizə orqanları məlumatın əsasız olduğunu bildirərək, səhifəni idarə edən şəxsi saxlayıb.

Qadın profili ilə məlumat yayan həmin şəxsin kişi olduğu bildirilsə də, əsl adı ictimaiyyətə açıqlanmır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər