9 Yanvar 2020 11:34
836
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vladimir Karapetyan Ermənistanın baş nazirinin mətbuat katibi vəzifəsindən azad edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Karapetyan özü məlumat verib.

“Bu gündən etibarən Baş nazirin sözçüsü olaraq fəaliyyət göstərmirəm. Bu, baş nazirin ofisində əla bir təcrübə oldu. Təşəkkür edirəm”, - Karapetyan deyib.

Karapetyanın baş nazirin sözçüsü vəzifəsindən azad edilməsi barədə sərəncam artıq hökumət saytında dərc olunub.

Xatırladaq ki, Karapetyan 2018-ci ilin fevralından bu postu tuturdu. Bundan əvvəl o, ilk prezident Levon Ter-Petrosyanın Ermənistan Milli Konqres partiyasının üzvü idi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər