23 Sentyabr 2014 11:18
856
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bazar ertəsi Nyu-Yorkun maliyyə mərkəzində, məşhur Uoll stritdə keçirilən ətraf mühitin çirklənməsinə qarşı etiraz aksiyasında mindən artıq insan iştirak edib. Bu barədə Trend İTAR-TASS-a istinadən xəbər yayıb.

Manhettendə bir sıra yollar nümayişçilər tərəfindən bağlanıb, onlarla etirazçı polis tərəfindən saxlanılıb.

Aksiya iştirakçıları inhisarçılığa qarşı şüarlar səsləndiriblər, həmçinin iri amerikalı sahibkarları dünyanın ekoloji problemlərində günahlandırıblar.

Qeyd edək ki, Nyu-Yorkun fond birjası bu küçədə yerləşir.


Müəllif:

Oxşar xəbərlər