23 Sentyabr 2014 12:11
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran prezidenti Həsən Ruhani Böyük Britaniyanın baş naziri Devid Kameronla görüşəcək.

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, görüş BMT-nin Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində baş tutacaq.

Görüşün dəqiq tarixi hələ məlum deyil. Bu, 1979-cu ildən bəri iki ölkə arasında keçirilək ilk yüksək səviyyəli görüş olacaq.

İkitərəfli görüş zamanı Kameronun İran prezidentini “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatına qarşı koalisiyaya dəstək verməyə dəvət edəcəyi gözlənilir.

Xatırladaq ki, İranın ali lideri Ayətullah Əli Xamneyi ötən həftə ölkəsinin bu koalisiyaya qatılması ilə bağlı ABŞ-ın xahişini rədd etdiyini bəyan edib.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər