ABŞ-ın "Foks Nyus" kanalı İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı general Qasım Süleymaninin öldürülməsindən əvvəl üstündə daşıdığı əşyaların görüntüsünü yayıb.
Teleqraf.com xəbər verir ki, telekanal iranlı generalı gizli izləyən pilotsuz uçuş aparatının əldə etdiyi görüntüləri paylaşıb.
Silahlarla yanaşı, pul qabı, mobil telefon və bir şeir kitabı çıxıb.
"Foks Nyus" Süleymaninin şəxsiyyətini müəyyənləşdirmək üçün avtomobildən çıxararaq yanğının söndürdüldüyünü bildirib. Generalın bədənində ağır yanıq xəsarətləri olduğu, bədəninin bəzi üzvlərinin qopduğu qeyd edilib.