13 Yanvar 2020 12:40
1 190
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bütün pullarımı Prezident Donald Trampdan xilas olmaq üçün xərcləyirəm”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ prezidentliyinə namizəd, milyarder iş adamı Maykl Blumberq deyib.

O, Donald Trampın Amerika üçün uğurlu seçim olmadığını bildirib: “Əsas hədəf Donald Trampdan xilas olmaqdır. Bütün pullarımı ondan xilas olmaq üçün xərcləyirəm”.

Maykl Blumberq oktyabr ayında seçkilərə namizəd kimi qatılacağını açıqlayıb. O, indiyədək seçki üçün 200 milyon dollar xərcləyib. Blumberq Trampın ən aktiv rəqiblərindən biridir, “Trampı yox etmək” şüarı ilə seçkiyə qatılıb. Lakin o, Demokratlar Partiyasının yeganə namizəd olmaq üçün əvvəlcə partiyada keçiriləcək seçilərdə qalib gəlməli, bundan sonra Konqresdən dəstək almalıdır.

Sorğuya görə, Blumberq partiyasından olan namizədlər arasında beşinci sıradadır.

ABŞ-da prezident seçkiisi oktyabrın 3-də keçiriləcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər