14 Yanvar 2020 15:04
2 081
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə müdaxilə etməsəydi, bu gün Haftar ölkəni ələ keçirib xalqa zülm verirdi. Liviyada atəşkəsin elan olunması üçün böyük səylər göstərdik. Dünən Moskvada keçirilən görüşdə Tripolidəki hökumət olduqca sülhsevər bir davranış sərgilədi”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Prezident qiyamçı general Xəlifə Haftarın sülh müqaviləsini rədd edərək Moskvadan getməsinə də münasibət bildirib:

“Tripolidəki hökumətin qardaşlıq əli uzatmasına baxmayaraq, Haftar atəşkəs sazişi imzalamaq istəmədi. Əvvəlcə “bəli” dedi, amma təəssüf ki, sonra Moskvadan qaçdı. Amma bizim nümayəndə heyəti verdiyi vədə dürüst olaraq, həmin sazişi imzaladı. Bundan sonrasını Putin özü bilir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər