14 Yanvar 2020 15:40
1 016
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Prezident olanda Avropa İttifaqı ilə viza rejimini ləğv etmək böyük yanlış idi”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili deyib.

Saakaşvili illər sonra dövlət başçısı olaraq əsas uğurlarından birini yenidən nəzərdən keçirib:

“Biz Avropa ilə assosiasiya sazişi imzaladıq. Ancaq indi bunu etdiyimə görə özümü lənətləyirəm”.

O, vizasız rejiminin pozulmasından narahat olan Avropa İttifaqının öz nümayəndələrini Gürcüstana göndərməyə başladığını bildirib: “İndi bir avstriyalı zabit ucuz uçuşların həyata keçirildiyini Kuatisi limanında oturub yoxlanış aparır”.

Saakaşvili qanun pozuntularına görə mövcud Gürcüstan hakimiyyətini ittiham edib.


Müəllif: Mənsur Rəğbətoğlu