Suriyanın Homs şəhərinin şərqində yerləşən T-4 hərbi hava bazası döyüş təyyarələri tərəfindən raketlə hücuma mərurz qalıb.
Teleqraf.com xəbər verir ki, hücumun İsrail tərəfindən təşkil olunduğu iddia edilir.
Suriyanın rəsmi xəbər agentliyi "SANA"nın məlumatına görə, hava hücumundan müdafiə sistemləri dərhal hücuma reaksiya verib. Agentlik Tvitterdə naməlum döyüş təyyarələrinin Homsun şərqindəki T4 hava limanını vurduğunu yazıb.