Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının xəbərində deyilir.
Məlumata görə, ölkə başçıları danışığın gedişatında Liviyada yaranmış vəziyyəti müzakirə ediblər. Telefon söhbətində həmçinin regional hadisələr, ikitərəfli münasibətlər diqqət mərkəzində olub.