Ağ Ev Türkiyə və ABŞ prezidentləri arasında baş tutan telefon danışığının detallarını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, açıqlamada prezidentlər Rəcəb Tayyib Ərdoğan və Donald Trampın görüşdə Liviya və Suriyadakı son gəlişmələrlə yanaşı, İran məsələsni müzakirə etdikləri bildirilib.
Ağ Evin sözçüsü Cud Dirin adından yayımlanan açıqlamada qeyd edilib:
“İki lider Suriya və Liviyadakı təhlükəsizlik məsələsi, İrandakı etirazlar və Ukrayna sərnişin təyyarəsinin vurulmasını müzakirə edib”.