16 Yanvar 2020 11:42
1 141
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da maddi problemlərlə üzləşən Antoni Tod adlı şəxs ailə üzvlərinin hamısını qətlə yetirb.

Teleqraf.com xəbər verir ki, hadisə Konnektikut ştatında baş verib.

Həyat yoldaşı ilə birlikdə müayinə mərkəzi işlədən və maddi sıxıntılarla üzləşən Antoni Tod baş verənlərə görə qəzəblənib.

Kredit borclarını ödəyə bilməyən, bank tərəfindən evləri əllərindən alınan ailədən uzun müddətdir xəbər yox idi. Polislərin məhkəmənin qərarı ilə gəldikləri evdə aparılan axtarış zamanı üç uşaq, ana və bir köpəyin cəsədləri aşkar olunub.

Tod yoqa müəllimi olan həyat yoldaşı Meqan, uşaqları 13 yaşlı Aleks, 11 yaşlı Tiler və 4 yaşlı Zoyanı öldürdüyünü etiraf edib. Evin köpəyi də Todun qurbanları arasında yer alıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər