17 Yanvar 2020 12:27
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Müdafiə Nazirliyi Suriyada 3 türk hərbi qulluqçusunun şəhid olması faktını təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Nazirliyin verdiyi məlumata görə, Suriyanın şimal-şərqində bomba yüklü bir avtomobilin partlaması nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 3 hərbçisi həyatını itirib:

“Yanvarın 16-da “Sülh çeşməsi” əməliyyatı bölgəsində minalanmış avtomobilin partlaması nəticəsində üç döyüş yoldaşımız həyatını itirdi”.

Qeyd edək ki, Türkiyə əsgərlərinin şəhid olması barədə ilk xəbər bu gecə yayılıb. Xəbərdə 2 hərbi qulluqçunun adı çəkilirdi. Türkiyə Müdafiə Nazirliyi isə həlak olanların 3 nəfər olduğunu bildirib.


Müəllif: Səxavət

Oxşar xəbərlər