17 Yanvar 2020 13:02
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni növ koronavirusun qeydə alındığı Çinin Hubey əyalətinin Uxan şəhərində ikinci ölüm hadisəsi olub.

Teleqraf.com xəbər verir ki, məlumatda bundan əvvəlki ölüm faktının yanvarın 11-də qeydə alındığı bildirilib.

Şəhərdə yeni növ koronavirusla 41 yoluxma var. Onlardan 12 nəfəri artıq xəstəxanadan buraxılıb. Beş xəstənin vəziyyəti ağırdır, 2 nəfər ölüb, digərlərinin vəziyyəti stabil olaraq qiymətləndirilir.

Həmçinin bildirilib ki, xəstələrlə yaxın təmasda olan 763 nəfərdən 644-ü tibbi nəzarətdən çıxarılıb, daha 119 nəfər isə hələ də tibbi nəzarətdədir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər