İraqda xarici hərbi birləşmələrin çıxarılması qərarı rəsmiləşdiriləndə Kanada bu ölkədəki əsgərlərini geri çəkəcək.
Axar.az xəbər verir ki, bunu Kanada Müdafiə naziri Harcit Sacan deyib.
“Əgər İraq parlamenti rəsmi olaraq xarici birləşmələrin ölkəni tərk etmələrini istəsə, Kanada qüvvələrini geri çəkəcək. Biz İraq hökumətinin istəyi ilə buradayıq. Son nəticədə qərarı onlar verəcək”, - deyə nazir bildirib.
Qeyd edək ki, İraqda İŞİD-ə qarşı koalisiyada xidmət göstərən Kanada əsgərlərinin sayı 500-dən çoxdur.