20 Yanvar 2020 14:13
840
12 Punto 14 Punto 16 Punto 18 Punto

Venesuela Prezidenti Nikolas Maduro ABŞ-ı danışıqlara çağırıb.

Teleqraf.com xəbər verir ki, Nikolas Maduro bu haqda “Vaşinqton Post”a müsahibəsində bildirib.

O, qeyd edib ki, ABŞ-la danışıqlara başlamağın vaxtı çatıb.

Madura əlavə edib ki, ABŞ nə qədər böyük olsa da, əgər iki ölkə arasında hörmət, doğru informasiya mübadiləsi varsa, yeni bir münasibətlərin formalaşacağına əmindir: “Hörmət və dialoqa əsaslanan əlaqə hər zaman qazanar. Qarşıdurma vəziyyətində olan münasibətlərdə isə tərəflər itirməlidir”.

Prezident Maduro qeyd edib ki, 30 milyondan çox insanın yaşadığı Venesuelanı təzyiq altında saxlayan siyasətin aradan qalxması lazımdır və ABŞ-la bu istiqamətdə müzakirələrə başlamağın zamanı çatıb.


Müəllif: Cavad

Oxşar xəbərlər