20 Yanvar 2020 13:09
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna lideri Vladimir Zelenski Ukraynanın ABŞ-dakı daxili siyasi proseslərə cəlb edilməməli olduğunu söyləyib.

Teleqraf.com xəbər verir ki, o bu fikirləri “The Times of Israel” qəzetinə verdiyi müsahibədə bildirib.

“Bu onların (amerikalıların) ölkəsidir və onlar ölkələrinə istədikləri kimi münasibət göstərirlər. İstəmirəm ki, onlar bizi daxili siyasətlə əlaqədar məsələlərə cəlb etsinlər”, – deyən V.Zelenskinin sözlərinə görə, o, Ukraynanın ABŞ-dakı daxili siyasi vəziyyətdə hər hansı iştirakının qarşısını almağa yönəlmiş davranış xəttini davam etdirir.

Zelenski ölkəsinin prezidenti olaraq strateji tərəfdaş – ABŞ-lə yaxşı, etibarlı və güclü əlaqələr qurulması üçün hər şeyi etdiyini vurğulayıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər