20 Yanvar 2020 19:32
1 907
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ hökuməti İraq parlamentinin Amerikanın bu ölkədəki hərbi kontingentini çıxarmaq planına əngəl olmaq üçün bir yol tapıb”.

Teleqraf.com xəbər verir ki, bunu iraqlı təhlükəsizlik məsələləri üzrə mütəxəssis Kərim əl-Hikani deyib.

Onun sözlərinə görə, Vaşinqton beynəlxalq koalisiyanın hərbi bazalarında təlim keçmiş İŞİD terror qruplaşmasının Suriyada saxlanılan rəhbərlərini İraqa təhvil verməyi planlaşdırır.

Əl-Hikaninin fikrincə, Birləşmiş Ştatlar bir neçə “terror əməliyyatı” keçirərək, bundan sonra İraq parlamentinin xarici qüvvələrin ölkədən çıxarılması ilə bağlı qərarını pozmağa çalışacaq:

“Amerikalılar İraqın sülh üçün əsas təhdid olaraq qaldığına inanır və beynəlxalq koalisiya qüvvələrinin terrorizmlə mübarizə üçün İraqda qalmasının vacib olduğunu iddia edir”.

Əl-Hikani İraqda keçirməyi planlaşdırdığı “terror əməliyyatları”nın Vaşinqtonun planının son mərhələsi olduğunu vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər