22 Yanvar 2020 14:10
1 821
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Düşünmürəm ki, Rusiyada kimsə Türkiyənin NATO qarşısında götürdüyü öhdəlikləri pozacağına və ABŞ-la ittifaqı məhv edəcəyinə ciddi şəkildə inanır”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Fyodor Lukyanov söyləyib.

Lukyanovun sözlərinə görə, Prezident Rəcəb Tayyib Ərdoğanın “S-400” sistemləri alması Türkiyənin Rusiyaya yaxınlaşmaq istəyindən yox, Ankaranın Vaşinqtona müstəqil xarici siyasət yürütdüyünü nümayiş etdirmək arzusundan irəli gəlir.

Bununla belə ekspert qeyd edib ki, Türkiyənin son davranışları Moskvaya Amerikanın uzunmüddətli müttəfiqi ilə yaxınlaşmaq imkanı verir:

“Türkiyənin Rusiyanın müttəfiqi ola biləcəyi barədə heç bir təsəvvür yoxdur”.


Müəllif: Mənsur Rəğbətoğlu