22 Yanvar 2020 22:00
4 434
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənab Ərdoğan hər fürsətdə İrana yönəlik ABŞ sanksiyaların aradan qaldırılmasının vacibliyini söyləyərək dostluğunu nümayiş etdirir. Düşmənlərə rəğmən Türkiyə-İran ittifaqı davam edəcək.

Teleqraf.com xəbər verir ki, bu sözləri İranın Ankaradakı səfiri Məhəmməd Farazmand İran-Türkiyə Texnologiya İş Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, iki ölkənin bu günə qədər davam edən problemsiz münasibətləri, prezidentlər Ruhani və Ərdoğanın görüşləri iki ölkənin siyasi əlaqələrinin nə dərəcədə yaxşı olduğunu göstərir.


Müəllif: Nərgiz