22 Yanvar 2020 20:32
937
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın dünyaca məşhur aktyoru, komediyaçı Terri Cons 77 yaşında vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə onun ailə üzvləri açıqlama verib. Bildirilib ki, uzun müddətdir səhhətində problemlər yaşayan aktyorun vəziyyəti bu gün daha da ağırlaşıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək olmayıb.

Qeyd edək ki, “Monty Python” filmində canlandırdığı rolla yaddaşlarda qalan aktyor, krallığın ən tanınmış insanları arasında yer alırdı. Uelsdə anadan olan Cons həmçinin bədii yaradıcılığı ilə seçilib. Aktyor uzun müddət televiziya aparıcısı kimi də fəaliyyət göstərib.


Müəllif: Teleqraf.com