Ruhani: «ABŞ-ın Suriyaya müdaxiləsi qeyri-qanunidir»
İran prezidenti Həsən Ruhani ABŞ-ın Suriyada “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatına qarşı hücumlarının qeyri-qanuni olduğunu deyib.
Teleqraf.com-un sondakika.com-a istinadən verdiyi xəbərə görə, Ruhani BMT-nin bu məsələdə açıqlama etmədiyinə və Suriya hökumətinin hücuma icazə vermədiyinə diqqət çəkib.
İran prezidenti Nyu-yorkda ABŞ-lı həmkarı Barak Obama ilə ikitərəfli görüş planının olmadığını da əlavə edib.
Xatırladaq ki, yayılan məlumatlarda BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində Böytük Britaniyanın baş naziri Devid Kemeronun Ruhani ilə görüşəcəyi bildirilib. Görüş zamanı Kameronun İran prezidentini ABŞ-ın İŞİD-ə qarşı yaratdığı koalisiyaya dəvət edəcəyi gözlənilir.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.